About Us

Biz kimik?

Mərkəzi Ankarada yerləşən Buta Grup, 2018-ci ildən etibarən İT sektorunda fəaliyyət göstərməktədir. Sürətli dəyişən texnoloji yeniliklərə uyğunlaşaraq və xidmət göstərdiyi şirkətlərə bu yenilikləri tətbiq etməklə müştərilərinin rəqabət qabiliyyətli və gəlirli şirkətlər olması üçün həll yolları təklif etməkdir. Bu prinsiplə hərəkət edən Buta Grup sektorun gələcəyini milli və beynəlxalq səviyyədə formalaşdıran, eləcə də iş mühiti üçün yenilikləri təqdim edən lider bir şirkət olma yolunda sağlam addımlarla irəliləməkdədir. Daimi inkişafı prioritet tutan Buta Grup əhatə dairəsini genişləndirərək Azərbaycanda İT sektoruna yeniliklər gətirməyi hədəfləməkdədir.

Azərbaycanda insan resursları sektorunun inkişafına töhvə vermək məqsədilə, Buta Grup yerli şirkətlər üçün bu sahə ilə bağlı avtomatlaşdırılmış və rəqəmsal mühitə uyğun biznes həlləri təqdim edir.

Missiya

İnsan Resursları departamentinin bütünlüklə rəqəmsallaşdırılması və bütün ERP platformalarına implementasiya xüsusiyyətilə bazarda müştəri mərkəzli şirkətlərdən biri olmaq və işəgötürənlərin üstünlük verdiyi tərəfdaşı olmaq.

Vizyon

Buta grup, şirkətlərin işə qəbul prosesini dünya təcrübəsinə inteqrasiya etməklə bulud əsaslı işə qəbul platforması təqdim edir. Bu platforma, işəqəbul prosesinin çətinliklərinə həll yolları təqdim edərək bütün prosesləri sadələşdirir və avtomatlaşdırır.