Recruit

Bu Məxfilik Siyasəti (“Siyasət”) Sizə məxsus və/ və ya tərəfinizdən təqdim edilmiş fərdi və digər məlumatların (“məlumatlar”) “Buta Grup” (“recruit.az”) tərəfindən toplanması, qorunması, emalı, istifadə edilməsi, açıqlanması (elan edilməsi, ötürülməsi), idarə edilməsi və bunlara dair razılıqları əks etdirən bir bəyanat və ya sənəddir. Məlumatlar Sizin şəxsiyyətinizi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir məzmunda veb səhifə tərəfindən texniki olaraq dəstəklənə bilən istənilən formada təqdim oluna və ya yüklənə bilər (ad, ünvan, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyəti təsdiq edən sənədlər və son istifadə tarixi, CV, SMS, elektron poçt, kuki və s.). Buta Grup olaraq bu Siyasətdə Sizə aid hansı məlumatların tərəfimizdən hansı qaydada toplandığına, məxfi saxlanıldığına, paylaşıldığına, habelə istifadəsinə və ötürülməsinə dair Sizə bir sıra seçimlər təklif edirik.